Bioqrafiya


C aner Taslaman ilk və orta təhsilini doğulduğu şəhər olan İstanbulda alıb. Anası kimya mühəndisi, atası həkim olan Caner kiçik yaşlarından etibarən təbiət elmləri ilə maraqlanmağa başlayıb. Boğaziçi Universitetinin sosiologiya fakültəsində təhsilini davam etdirib. Universitetdə təhsil aldığı müddətdə antropologiya, din sosiologiyası kimi sahələrlə maraqlanıb. Mərmərə Universitetinin Fəlsəfə və Din elmləri fakültəsində, Big Bang nəzəriyyəsinin fəlsəfə və ilahiyyat ilə əlaqəsi haqqında verdiyi tezislə magistr, Təkamül nəzəriyyəsinin fəlsəfə və ilahiyyat ilə əlaqəsi haqqında hazırladığı tezislə isə doktorluq dərəcəsini qazanmışdır. Daha sonra isə Kvant nəzəriyyəsinin fəlsəfə və ilahiyyat ilə əlaqəsi haqqında yazdığı kitab sayəsində dosent olub. Digər tərəfdən isə “Qloballaşma dövründə Türkiyədəki İslam” haqqında olan elmi işi ilə ikinci doktorluq dərəcəsini İstanbul Universitetinin Siyasi Elmlər fakültəsində tamamlamışdır. İlk dəfə Tokio Universitetində, daha sonra isə Oksford Universitetlərində postdoktorant, Harvard və Cambridge universitetlərində qonaq akademik kimi fəaliyyət göstərmişdir. Son illərdə əsas diqqət yetirdiyi mövzu isə elm-fəlsəfə-din arasındakı əlaqədir.